media-valyuta

Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib.

ERAmedia Mərkəzi Banka istinadla xəbər verir ki, bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 milyard dollar məbləğində və ya 33 faiz artaraq tarixi maksimuma – 15,3 milyard dollara yüksəlib.

Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.


media-adspc

Bənzər xəbərlər