Mərkəzi və Şərqi Avropada anomal istilər düşdü
Mərkəzi və Şərqi Avropanın bəzi ölkələrində anomal istilər hökm sürür.
ERAmedia xəbər verir ki, Polşa, Macarıstan, Rumıniya, Xorvatiya, Serbiya, Slovakiya, həmçinin Bosniya və Herseqovinada ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan edilib.
Bazar ertəsi Belqrad və Buxarestdə temperaturun müvafiq olaraq 38 və 37 dərəcəyə, çərşənbə axşamı isə Macarıstanın paytaxtında 40 dərəcəyə yüksələcəyi gözlənilir.
Dünən Avropanın digər ölkələrində də temperatur rekordları qeydə alınıb. Almaniyanın Brandenburq əyalətində bazar günü termometrlər 41,7 dərəcəni göstərib. Fransada isə qeyri-adi istilər tədricən azalmağa başlayıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iyunun 21-dən bəri isti hava şəraiti səbəbindən 1300-dən çox insan dünyasını dəyişib.









