media-videoedited
media-photo_5422750486328641186_y
media-shehidler_olmez_baner_full

Bu ilin sonunadək “Hər məsciddə kitabxana” layihəsi 250 məsciddə tətbiq olunacaq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Vüsal Göyüşov Komitə yanında İctimai Şuranın üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Fond müxtəlif maarifləndirici layihələr, sosial kampaniyalar, elmi-praktik konfranslar həyata keçirir. Eyni zamanda bölgələrdə dini icmalar, gənclər və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərilir.

V.Göyüşov Şura üzvlərini “Hər məsciddə kitabxana” layihəsinin icrasına hazırlıq mərhələsində görülən işlərlə tanış edib. Bildirib ki, layihə artıq 180 məsciddə həyata keçirilib və ilin sonunadək bu rəqəmin 250-ə çatdırılması nəzərdə tutulur.

İctimai Şuranın sədri Elnur Mustafayev, sədr müavini Səadət Məmmədova, üzvləri Fuad Məmmədov, Cəbi Bəhramov, Nigar Axundova, Tural Əhmədov da “Hər məsciddə kitabxana” layihəsini, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təsis edilən təqaüd proqramlarını təqdir ediblər.

Görüşdə, həmçinin dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdirilməsi, gənclərin radikal təsirlərdən qorunması, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər