Məşhur aktyor oğlu üçün lüks təhsil seçdi – Ödənilən ŞOK MƏBLƏĞ
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer oğulları Kurt Efe üçün diqqət çəkən bir təhsil qərarı veriblər. 2026–2027-ci tədris ili üçün təxminən 35–36 milyon dollar + ƏDV məbləğində ödəniş edildiyi iddia olunur. Bu xəbər şou-biznes gündəminə damğa vurub.
ERAmedia xəbər verir ki, Türkiyənin “Sabah” qəzetinin yazarı Bülent Cankurtun köşəsində yer alan məlumata görə, cütlük oğulları Kurt Efenin təhsili üçün mühüm addım atıb. Uzun müddətdir yayılan “ailə İngiltərəyə köçür” iddialarının əksinə olaraq, Tatlıtuğ ailəsinin seçimlərinin İstanbuldan yana olduğu bildirilir.
Əvvəllər ortaya atılan “ailə oğulları üçün Londona köçəcək” xəbərlərinin doğru olmadığı, cütlüyün Londona yalnız istirahət məqsədilə səfər etdiyi qeyd olunub.
Məlumata əsasən, Kurt Efe İstanbulda yerləşən məşhur Amerika kolleci məzunlarının yaratdığı təhsil fondunun lotereyasına qatılıb və adı siyahıdan çıxıb. Bundan sonra məşhur cütlük sürətlə qeydiyyat prosesini tamamlayıb.
İddiaya görə, Kıvanç Tatlıtuğ 2026–2027-ci tədris ili üçün müəyyən edilən 1.609.091 TL + ƏDV məbləğini ödəyərək oğlunun qeydiyyatını etdirib. Hələ 4 yaşında təhsilə başlayacaq Kurt Efe üçün edilən bu xərclər “sərvət dəyərində təhsil” kimi qiymətləndirilib.
Vüsalə










