Məşhur aktyorun illərdir gizli qalan 3 vəsiyyəti açılır
Türkiyə kinosunda çoxsaylı unudulmaz ekran əsərlərinə imza atan Kadir İnanırın həyatının müxtəlif dövrlərində üç ayrı vəsiyyət hazırladığı üzə çıxıb.
ERAmedia xəbər verir ki, İnanır ilk vəsiyyətini 2015-ci ildə hazırlayıb. Aktyor 2022-ci ildə isə notariusun iştirakı ilə daha iki ayrı vəsiyyət tərtib edib. Beləliklə, İnanırın geridə qoyduğu vəsiyyətlərin sayı üçə çatıb. Məzmunu bu günədək gizli saxlanılan sənədlər hüquqi proses başa çatdıqdan sonra açılacaq.
Çoxdan gözlənilən tarix də bəlli olub. Kadir İnanırın üç ayrı vəsiyyəti sentyabrın 17-də Beykoz Ədliyyə Sarayında açılacaq. Vəsiyyətlərin açılması ilə birlikdə usta sənətçinin mirası ilə bağlı mühüm detallar da üzə çıxacaq. İnanırın əmlakını kimlərə vəsiyyət etdiyi sənədlər açıqlanandan sonra rəsmiləşəcək.
Kadir İnanırın vəsiyyət prosesi 2015-ci ilə qədər gedib çıxır. Aktyor ilk vəsiyyətini həmin il hazırlayıb. İnanır daha sonra 2022-ci ildə notariusun iştirakı ilə iki ayrı vəsiyyət tərtib edib.
Beləliklə, müxtəlif tarixlərdə hazırlanmış üç sənəd ortaya çıxıb. Vəsiyyətlərin məzmunu isə bu günədək açıqlanmayıb.
Sentyabrın 17-də Beykoz Ədliyyə Sarayında keçiriləcək prosedurdan sonra sənədlərin məzmunu məlum olacaq.
Mələk Onur










