media-64a3c97d4e3fe01c1c67d773

Türk televiziya tarixinin ən yüksək büdcəli rəqəmsal layihələrindən biri olması gözlənilən “Dönence” serialında problemlər davam edir.

ERAmedia xəbər verir ki, Kıvanç Tatlıtuğun baş rolunda çəkiləcəyi 8 seriyalı layihə qadın baş rol aktrisasının seçimi ilə bağlı çıxılmaz vəziyyətə düşüb. Pınar Denizdən sonra Burcu Biricikdən də mənfi cavab gəlib.

Son olaraq “Ailə” serialındakı performansı ilə diqqət çəkən Kıvanç Tatlıtuğ, Disney+ platforması üçün hazırlanan “Dönence” serialı ilə razılıq əldə etmişdi. Lakin çəkilişlərin başlanmasına az vaxt qalmış qadın baş rol aktrisası ilə bağlı ardıcıl imtinalar prodüser heyətini çətin vəziyyətdə qoyub.

Serialda Tatlıtuğun tərəf müqabili kimi ilkin razılıq əldə olunan aktrisa Pınar Deniz idi. Ancaq aktrisa dünya miqyasında mükafatlar qazanmış rejissor Nuri Bilge Ceylandan yeni film təklifi aldıqdan sonra prioritetini kinoya verib. Karyerasında yeni mərhələ açmaq istəyən Deniz layihənin çəkiliş qrafikindəki qeyri-müəyyənlikləri də nəzərə alaraq Dönence serialının heyətindən ayrılmaq qərarı verib.

Pınar Denizin ayrılmasından sonra prodüser heyəti vaxt itirmədən uğurlu aktrisa Burcu Biricikə müraciət edib. Kulis məlumatlarına görə, ssenari və çəkiliş qrafikini nəzərdən keçirən Biricik layihəyə mənfi cavab verərək təklifi geri çevirib. Bu prosesdən sonra serialın çəkiliş qrafiki bir daha təxirə salınıb.

Layihə təkcə aktyor heyəti ilə deyil, büdcəsi ilə də diqqət çəkir. Məlumata görə, baş rol ifaçısı Kıvanç Tatlıtuğ layihə çərçivəsində hər seriya üçün 4 milyon TL qonorar alacaq. Pınar Deniz isə hər seriya üçün 3 milyon TL məbləğində razılıq əldə etmişdi.

Vüsalə


media-adspc

Bənzər xəbərlər