Məşhur fenomen dəhşətli şəkildə öldü – Əri saxlanıldı
Məşhur braziliyalı sosial media fenomenlərindən biri olan Maria Katiane Qomes da Silva San Pauloda 10-cu mərtəbədəki mənzilindən yıxılaraq ölüb.
ERAmedia xəbər verir ki, hadisə ilə əlaqədar olaraq onun əri Aleks Leandro Bispo dos Santos saxlanılıb.
25 yaşlı sosial media fenomenin əri tərəfindən öldürüldüyü və onu 10-cu mərtəbənin eyvanından atdığı iddia edilir. Təhlükəsizlik kamerası görüntüləri şübhəlinin intihar iddiasını təkzib edib.
Hadisə San Pauloda cütlüyün yaşadığı mənzildə baş verib. Təcili yardım gələndə Bispo dos Santosun arvadının cansız bədənini binanın girişində qucağında saxladığı bildirilib. Şübhəli ilkin ifadəsində arvadının intihar etdiyini iddia edib. Polis təhlükəsizlik kamerasının görüntülərinin bu iddianı təkzib etdiyini bildirib və istintaqı aparan orqanlar görüntülərdə Qomes da Silvanın ölümündən qısa müddət əvvəl bir sıra fiziki hücumlara məruz qaldığını göstərdiyini açıqlayıblar.
Hadisə ilə bağlı istintaq davam edir.
Vural









