media-39b60772-20d2-4590-ab3e-5c173c596508

Azərbaycan kinosunun sevilən ekran əsərlərindən biri olan “Asif, Vasif, Ağasif” filminin uşaq rollarını canlandıran aktyorlar 40 ildən sonra yenidən bir araya gəliblər.

ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda filmdə Asif rolunu canlandıran Emil Pənahov, Vasif obrazını oynayan Ramin Aslanov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilovanın uşaqlıq illərində çəkilmiş görüntüsü ilə 40 il sonra birgə çəkdirdikləri yeni foto yanaşı paylaşılıb.

Nostalji görüş sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Paylaşıma çoxsaylı şərhlər yazılıb, izləyicilər filmin Azərbaycan kinosunun ən yaddaqalan uşaq filmlərindən biri olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Asif, Vasif, Ağasif” filmi uzun illərdir televiziya kanallarında nümayiş etdirilir və bu gün də müxtəlif nəsillərin maraqla izlədiyi Azərbaycan filmləri sırasında yer alır. 40 ildən sonra baş tutan bu görüş isə ekran əsərinin pərəstişkarları üçün xoş nostalji anlar yaşadıb.


media-adspc

Bənzər xəbərlər