media-videoedited
media-u3dww7ijyg2ziqvljkeh1kl4qkrflc5xpretx6x9_825
media-shehidler_olmez_baner_full

media-diane-keaton-1

Amerikalı aktrisa Diane Keaton 79 yaşında Kaliforniyada vəfat edib.

ERAmedia-nın məlumatına görə, aktrisanın ölüm xəbərini “People” jurnalı yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Kiton 1946-cı ildə Los-Ancelesdə anadan olub. Aktrisa kinoda debütünü “Aşiqlər və başqa qəriblər” (1970) komediyasında edib.

O, Frensis Ford Koppolanın “Xaç atası” (1972) (Mayklın (Al Paçino) həyat yoldaşı Key Adams (Dayan Kiton) filmində və Vudi Allenin “Sevgi və Ölüm” (1975) və “Anni Holl” (1977) filmlərindəki işinə görə şöhrət qazanıb.

Kiton “Oskar”, “Qızıl Qlobus” və “BAFTA” mükafatlarına layiq görülüb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər