Məşhur idmançının qardaşı UFC turnirində qalib gəlib
ABŞ-nin Las-Veqas şəhərində UFC-324 turniri çərçivəsində rusiyalı Umar Nurməhəmmədov və braziliyalı Deyvison Fiqereydu arasında döyüş keçirilib.
ERAmedia xəbər verir ki, görüş cəmi üç raund davam edib və rusiyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Bununla da Umar Nurməhəmmədovun hesabında qələbələrin sayı 20-yə çatıb, o, bir döyüşdə isə məğlub olub.
Qeyd edək, Umar Nurməhəmmədovun keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun qardaşıdır.









