media-241968

Braziliyanın Rio-de-Janeyro şəhərində ölkə gündəmini sarsıdan hadisə baş verib.

ERAmedia xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış iş adamı Marselo Vaskonselos və ailəsi eyni gün müəmmalı şəkildə yoxa çıxıb. Səlahiyyətli orqanlar hadisənin arxasında hər hansı cinayət əlaqəsinin olub-olmadığını araşdırır. Vaskonselosun əmisi oğlu ən kiçik izi tapana 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Ailənin itkin düşdüyü gün evdə heç bir zorla daxilolma və ya qarşıdurma izləri aşkar edilməyib. Qonşular və yaxın çevrə bildiriblər ki, Vaskonselos ailəsi səhərki gündəlik işlərindən sonra bir daha görünməyib. Polis təhlükəsizlik kameralarını və rabitə qeydlərini araşdırmağa götürüb.

Braziliya mətbuatı hadisənin cəmiyyətdə müxtəlif fərziyyələrə səbəb olduğunu, bəzi iddiaların oğurluq və ya ailədaxili münaqişə ilə bağlı ola biləcəyini yazır. Səlahiyyətlilər əhalini panikaya düşməməyə çağırıb və hadisə ilə bağlı məlumatların izlənildiyini bildiriblər.

Hadisənin detalları və ailənin taleyi ilə bağlı rəsmi açıqlama gözlənilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər