Məşhur komediya ustasından nişanlısına 100 min dollarlıq hədiyyə İDDİASI
Məşhur komediya ustası Hasan Can Kaya nişanlısına etdiyi bahalı jestlə yenidən gündəmə gəlib.
ERAmedia xəbər verir ki, türkiyəli komediya ustası Hasan Can Kaya sevgilisi Duygu Karabaş ilə sadə mərasimlə nişanlanıb. Gözlərdən uzaq keçirilən tədbirin ardından ortaya çıxan 100 min dollarlıq hədiyyə iddiası maqazin gündəminə damğa vurub.
“Konuşanlar” proqramı ilə geniş tamaşaçı auditoriyası qazanan Kaya şəxsi həyatında mühüm addım ataraq evlilik yolunda ilk addımı atıb. Cütlük yaxın günlərdə nişanlanıb, lakin mərasim mediadan gizli şəkildə təşkil olunub.
Məlumata görə, nişan mərasimi İstanbulun Ortaköy səmtində yerləşən məşhur məkanlardan birində keçirilib və tədbirdə yalnız cütlüyün yaxın çevrəsi iştirak edib. Uzun müddət diqqətdən kənarda qalan bu tədbirin detalları sonradan üzə çıxıb.
Maqazin kulislərində yayılan iddialara əsasən, Hasan Can Kaya nişanlısına təxminən 100 min dollar dəyərində “Patek Philippe” markalı saat hədiyyə edib. Bu xəbər qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Digər tərəfdən, Hasan Can Kaya daha əvvəl verdiyi açıqlamada nişanlısının ictimai şəxs olmadığını vurğulayaraq, onun şəxsi həyatını qorumaq istədiyini bildirib və “Çox düzgün bir həyatı var, onun rahatlığını pozmaq istəmirəm” sözlərini işlədib.
Vüsalə









