media-photo_5195129954222412512_w

Türkiyənin məşhur müğənnisi İrem Derici Melih Kunukçu ilə nişanlanıb.

Daha əvvəl nişanlanmağı planlaşdırdığı 8 oktyabr tarixində polisə dəvət olunması ilə gündəmə gələn və bu uğursuz təsadüfü “Yenə evlənə bilmirəm” sözləri ilə şərh edən Derici son günlərdə yeni tarix açıqlamışdı. Müğənni “3 fevralda nişanım var, xahiş edirəm məni gözaltına almayın” deyə hüquq-mühafizə orqanlarına zarafatla müraciət etmişdi.

ERAmedia xəbər verir ki, ailə arasında təşkil olunan mərasimdə cütlük evlilik yolunda ilk rəsmi addımı atıb.

Paylaşılan videolarda olduqca şən görünən cütlüyün xoşbəxtliyi diqqətdən qaçmayıb. Ailə böyüklərinin nişan lentini kəsməsi ilə İrem Dericinin uzun müddətdir gözlədiyi o “xoş gün” də gerçəkləşib.

Müğənninin sosial mediada zarafatla etdiyi “gözaltı xəbərdarlığı” isə izləyicilər tərəfindən “Yaxşı ki bu dəfə üzüklər salamat şəkildə taxıldı!” kimi şərhlərlə qarşılanıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər