media-whatsapp-image-2026-08-25-at-11-21-43

Türkiyənin xalq və arabesk-fantazi musiqisinin sevilən sənətçilərindən Hamiyet Konyada keçirdiyi ürək spazmı səbəbilə təcili xəstəxanaya yerləşdirilib və angioqrafiya əməliyyatı keçirib.

ERAmedia xəbər verir ki, avqustun 23-də Konyada olduğu zaman qəfil halı pisləşən məşhur sənətçinin ürək spazmı keçirdiyi müəyyənləşib və ona dərhal tibbi müdaxilə göstərilib. Təcili olaraq angioqrafiyaya alınan Hamiyetin səhhəti ilə bağlı ilk sevindirici xəbəri yaxın dostu və həmkarı Ceyda Sönmez verib.

Sönmez Hamiyetin gərgin iş qrafikinin yaratdığı yorğunluq səbəbindən bu narahatlığı yaşadığını və keçirilən angioqrafiya əməliyyatının olduqca uğurlu nəticələndiyini bildirib. O, sənətçi ilə şəxsən telefonla danışdığını deyərək sosial şəbəkələrdə yayılan əsassız iddialara da sərt reaksiya göstərib. Sönmez məsələ ilə bağlı yalan xəbərlər yayılmaması barədə xəbərdarlıq edib və sənətçinin vəziyyətinin yaxşı olduğunu bildirərək pərəstişkarlarından dua etmələrini istəyib.

Yaşanan narahatlıqdan sonra Hamiyet özü də sosial media paylaşımı ilə sevənlərini rahatladıb. Uğurlu əməliyyatdan sonra xəstəxana otağında çəkdirdiyi fotosunu şəxsi hesabında paylaşan məşhur sənətçi postuna “Maşallah deməyi unutdunuz deyəsən” qeydini əlavə edərək vəziyyətinə yumorla yanaşıb.


media-adspc

Bənzər xəbərlər