media-whatsapp-image-2026-05-12-at-10-10-26

Məşhur müğənni Dua Lipa fotoşəklinin icazəsiz şəkildə televizor qutularında istifadə edildiyini iddia edərək texnologiya nəhəngi “Samsung”a qarşı məhkəmə iddiası qaldırıb. Müğənni şirkətdən 15 milyon dollar təzminat tələb edir.

ERAmedia xəbər verir ki, BBC-nin məlumatına görə, Dua Lipa 8 may tarixində federal məhkəməyə müraciət edərək “Samsung”-un ABŞ-da satışa çıxardığı bəzi televizor qutularında onun fotoşəklindən icazəsiz istifadə olunduğunu bildirib.

İddia ərizəsində qeyd olunur ki, şirkət qablaşdırma dizaynını ““Samsung” məhsullarını tanıtmaq və satmaq məqsədilə Lipa-nın böyük zəhmətlə qazandığı uğurdan haqsız şəkildə faydalanmaq üçün” hazırlayıb.

Müğənninin hüquq komandası “Samsung”a qarşı qaldırılan iddiada 15 milyon dollar təzminat tələb edir.

Sənəddə “müəllif hüquqlarının pozulması”, “ticarət nişanının pozulması” və “Lipanın şəxsiyyət və imicindən qanunsuz istifadə” kimi ittihamlara yer verilib.

İddiada bildirilir ki, istifadə edilən görüntü Dua Lipanın 2024-cü ildə bir festival konserti zamanı çəkilmiş və müəllif hüquqları sənətçiyə məxsus olan fotodur.

Məlumata görə, Lipa bu vəziyyəti ilk dəfə 2025-ci ilin iyun ayında aşkar edib.

Sənəddə həmçinin sosial şəbəkə istifadəçilərinin həmin televizor qutularını “Dua Lipa TV Kutusu” kimi paylaşmağa başladığı da qeyd olunur.

Məhkəmə sənədlərinə fanat şərhləri də əlavə edilib. Onlardan birində “Sırf Dua var deyə o televizoru alacağam”, digərində isə “Satmaq istədiyiniz məhsul varsa, üzərinə Dua Lipa şəkli qoyun” ifadələri yer alıb.

Dua Lipa-nın hüquq komandası “Samsung”un pozuntunu dayandırmaq üçün edilən təkrar müraciətlərə baxmayaraq şirkətin buna əməl etmədiyini bildirir.

Şirkət isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər