Məşhur müğənnidən ETİRAF - İlk dəfə açıqladı
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş son konsertində etdiyi açıqlama ilə gündəmə gəlib.
ERAmedia xəbər verir ki, səhnədəki enerjisi və üslubu ilə diqqət çəkən sənətçi keçirdiyi estetik əməliyyatı ilk dəfə pərəstişkarları ilə bölüşüb.
Konsert zamanı tamaşaçılarla söhbət edən Gündeş üzünün yarısında gərmə əməliyyatı etdirdiyini açıqlayıb. “Necə, 10 yaş cavanlaşmışam?” deyə tamaşaçıların fikrini soruşan müğənninin sözləri zalda böyük maraqla qarşılanıb.
Konserti ön sıralardan izləyən Yılmaz Erdoğan və Demet Akbağı görən Gündeş zarafatla belə deyib: “İndi gözəlləşdim. Təzyiq edin, Yılmaz Erdoğan məni “Organize İşlər”də oynatsın”. Bu sözlər zalda gülüş doğurub.
Ebru Gündeşin səhnə tərzi və son görünüşü sosial mediada da geniş müzakirə olunub. “X” sosial media platformasında istifadəçilər müğənninin dəyişimi ilə bağlı “Geyim seçimləri çox yaxşıdır”, “Çox gözəlləşib”, “Həm arıqlayıb, həm də gözəlləşib” kimi şərhlər paylaşıblar.
Vüsalə










