media-ido-tatlises-yasemin-sefkatli

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlıses səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirildiyi gün ailədə daha bir narahatlıq yaşanıb.

ERAmedia xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, oğlu İdo Tatlıses və gəlini Yasemin Şefkatli Tatlısesin övladları da eyni gün xəstəxanada olub.

Yasemin Şefkatli Tatlıses sosial media hesabında paylaşım edərək bildirib ki, oğullarından Aylin planlı kardioloji müayinə üçün xəstəxanaya aparılıb. O, eyni gün baba İbrahim Tatlısesin də səhhətinin pisləşdiyini qeyd edib.

“Dünən qəribə bir gün keçirdik. Burada ola bilmədik, amma şükür ki, ailəmizin hər bir üzvü yaxşıdır, inşallah daha da yaxşı olacaq. Aylinin rutin kardioloji müayinəsi var idi, gələcəkdə nə etməli olduğumuzu müzakirə etdik. Biz bu yolun döyüşçüləriyik. Bu vaxt babası narahat oldu və ora getmək məcburiyyətində qaldıq. Bəzən belə hallar olur, Allah hamımızı qorusun”, – deyə o qeyd edib.

Məlum olan detallara görə, Tatlıses ailəsi eyni gün həm İbrahim Tatlısesin səhhəti, həm də kiçik Aylinin müayinəsi səbəbilə ciddi narahatlıq yaşayıb.

Hadisədən sonra sosial şəbəkələrdə ailəyə çoxsaylı “keçmiş olsun” mesajları göndərilib. Son məlumata əsasən, həm İbrahim Tatlısesin, həm də nəvəsinin vəziyyəti stabildir və təhlükə yoxdur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər