media-597817168_1272956498194205_8537361645152551715_n
media-bant_master

ABŞ kinosunun tanınmış simalarından olan, “Harri Salli ilə tanış olanda” filminin rejissoru 78 yaşlı Rob Reyner və 68 yaşlı həyat yoldaşı Mişel Singer Los-Ancelesdəki evlərində ölü tapılıb.

ERAmedia xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələr hər iki şəxsin bədənində çoxsaylı bıçaq xəsarətləri aşkar edildiyini bildirib. Polis hadisə ilə bağlı istintaqın qətl maddəsi üzrə aparıldığını açıqlayıb.

“People” jurnalı cinayətin Reyner cütlüyünün oğlu Nik tərəfindən törədilmiş ola biləcəyini iddia edib. Nəşrin məlumatına görə, cütlüyün cansız bədənlərini qızları Romi tapıb.

Rob Reyner “Bu, Spinal Tapdır”, “Məni buraxma”, “Şahzadə qalası”, “Dəhşət”, “Yaxşı adamlar bir neçədir” və “Harri Salli ilə tanış olanda” kimi məşhur filmlərə rejissorluq edib.

1989-cu ildə ailə həyatı quran Reyner və Singerin Ceyk, Nik və Romi adlı üç övladı var.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər