Məşhur serialın aktrisası illər sonra ortaya çıxdı - FOTO
İllər öncə Türkiyə telekanallarında yayımlanan və məşhur olan “Akasya durağı” serialında Safiyə obrazı ilə yadda qalan Gülay Baltacı uzun fasilədən sonra yenidən gündəmə gəlib.

ERAmedia xəbər verir ki, uzun müddət ekranlardan uzaq yaşayan məşhur aktrisanın illərə meydan oxuyan görüntüsü diqqət çəkib.
Bir “Instagram” səhifəsində paylaşılmış fotolardan sonra Baltacıya pərəstişkarlarından çoxsaylı müsbət şərhlər gəlib.
Aktrisanın illər ərzindəki dəyişimi də diqqətdən qaçmayıb.
Gülay Baltacı 6 dekabr 1963-cü ildə Sivasda anadan olub. Mimar Sinan Universitetində balet təhsili alaraq sənətlə iç-içə bir həyatın qapılarını açıb və aktrisalıq karyerasına başlayıb. Peşəkar səhnə həyatına Dövlət Teatrında səhnələşdirilən “Yoklar dağında nar” adlı uşaq oyunu ilə start verib. Daha sonra Şan Teatrı, Yapı Kredi Uşaq Teatrı, Devekuşu Kabare, Yasemin Yalçın Teatrı və BKM kimi önəmli səhnələrdə bir çox layihədə rol alıb.
Vural









