Məşhur serialın aktyoru xəstəxanaya yerləşdirildi
“Kurtlar Vadisi” serialında canlandırdığı Baron Mehmet Karahanlı, “Arka Sokaklar”da isə Rza baba obrazları ilə tanınan Zafer Erginin səhhəti ilə bağlı xəbər sevənlərini narahat edib.
ERAmedia xəbər verir ki, evində vəziyyəti pisləşən 83 yaşlı aktyor təcili şəkildə xəstəxanaya aparılıb.
Xəstəxanaya yerləşdirildikdən sonra aktyorun əvvəlki görüntüləri yenidən gündəmə gəlib. Səhnə arxasında çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib. Həmin görüntülərdə Erginin yorğun və halsiz göründüyü diqqət çəkir.
Zafer Erginin həyat yoldaşı Binnaz Ergin isə aktyorun vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Erginin bədəni susuz qalıb və infeksiya dəyərləri yüksək olub.
“Bədəni susuz qalmışdı. Infeksiyası da yüksək çıxdı. İndi yaxşıdır. Nəzarət məqsədilə bu gün xəstəxanadayıq. Çərşənbə günü isə səhnəyə qayıdacaq”, – deyə o bildirib.
Vüsalə









