media-meyitmese-768x403

Irravaddi (Ayarwaddy) ləqəbi ilə tanınan məşhur bloger Ko Tin Zo Htve meşəlik ərazidə ölü tapılıb. Myanmadan olan gənc influenserin cəmi 25 yaşı var idi.

ERAmedia xəbər verir ki, “Tailandın Thairath” nəşrinin məlumatına görə, blogerin cəsədi 20 yanvar tarixində ölkənin qərbində, Mae Sot rayonu ərazisində aşkarlanıb.

Bildirilir ki, Htvenin üzündə qurumuş qan izləri olub, yaxınlıqda isə ehtimal olunan cinayət aləti kimi qanlı taxta çubuq tapılıb.

Polis hadisə ilə bağlı bir şübhəlinin saxlanıldığını təsdiqləyib. Hazırda istintaq davam edir, əlavə detallar açıqlanmır.

Mənbələrin bildirdiyinə görə, bloger 18 yanvar gecəsi telefon zəngindən sonra yaşadığı sərhədyanı Tailand şəhəri Mae Sotdakı evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun son videosu 19 yanvarda paylaşılıb.


media-adspc

Bənzər xəbərlər