4 milyon funtluq bitkoin geri qaytarılır?
Böyük Britaniyada Kral Prokurorluq Xidməti (CPS) bildiririb ki, bazar ertəsi 42 bitkoin və digər kriptovalyuta aktivlərinin məcburi müsadirəsi barədə qərar alınıb. Bu aktivlər, O’Konnorun sındırılmış hesabları istifadə edərək məşhurlara hədələmə və onlardan rəqəmsal valyuta tələb etməsi ilə bağlı dələduzluq işi çərçivəsində ələ keçirilib.
ERAmedia xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyadan olan haker Cozef Ceyms O’Konnor məşhurların X (əvvəlki Twitter) hesablarını sındırmaqla əldə etdiyi gəlirlərə görə 4 milyon funt-sterlinqdən çox məbləği bitkoin formasında geri qaytarmağa məcbur edilib. Bu qərar Böyük Britaniyanın Baş Prokurorluğu (CPS) tərəfindən çıxarılıb.










