media-gxd5x4vsvba2dd6ly7auiec4bu

ABŞ-nin “İnter Mayami” klubu MLS çərçivəsində Kanadada keçirilən matçda “Toronto” üzərində 4:2 hesablı inamlı qələbə qazanıb.

ERAmedia xəbər verir ki, “Bi-Em-O Fild” stadionunda baş tutan qarşılaşmada qalib komandanın heyətində Rodriqo De Paul, Luis Suares və Serxio Reqilon hərəyə bir dəfə fərqləniblər.

Komandanın kapitanı Lionel Messi isə vurduğu bir qolla yanaşı, iki məhsuldar ötürmə ilə yadda qalıb. “Toronto”nun heyətində hər iki qolun müəllifi Emilio Aristisabal olub.

Qeyd edək ki, bu, Messinin peşəkar karyerasında vurduğu 907-ci qol kimi tarixə düşüb.


media-adspc

Bənzər xəbərlər