media-messi

Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək.

ERAmedia xəbər verir ki, vida matçı Buenos-Ayresdəki “Monumental” stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Arenanın kassalarında satışa çıxarılan 85 min 018 biletin hamısı 2 saatdan az müddətdə satılıb.

Matçdan əvvəl Lionel Messi üçün tribunada xüsusi şou, videonümayişlər və konsert proqramı təşkil olunacaq.

“Adidas” şirkəti də Messinin milli komandada sonuncu oyunu üçün xüsusi vida forması hazırlayıb. Formada “M” loqosu, qızılı elementlər və futbolçunun əfsanəvi 10 nömrəsi əks olunub.


media-adspc

Bənzər xəbərlər