Messi “MLS Ulduzlar matçı”nın heyətindən çıxarılıb
Argentina millisinin “İnter Mayami” klubunda çıxış edən hücumçu Lionel Messi Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) Ulduzlar Matçının heyətindən çıxarılıb.
ERAmedia xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Həmçinin “Çikaqo”nun cənubi afrikalı müdafiəçisi Mbekezeli Mbokazi və “İnter Mayami”nin argentinalı yarımmüdafiəçisi Rodriqo de Paul da heyətdən kənarlaşdırılıb.
Bu qərarın səbəbləri açıqlanmır, lakin hər üç futbolçu iyulun 19-da başa çatan dünya çempionatında iştirak edib. Argentinalılar finala qədər irəliləyib və burada ispanlara 0:1 hesabı ilə (əlavə vaxtdan sonra) məğlub olublar.










