media-lionel_mesi-jpg

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatının final oyunu ərəfəsində sosial şəbəkə hesabında komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə emosional müraciət edib.

ERAmedia  xəbər verir ki, təcrübəli futbolçu paylaşımında uğurun yalnız qazanılan titullarla ölçülmədiyini vurğulayaraq, milli komanda ilə keçirdiyi bütün anların onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bütün bu illərin ən yaxşı tərəfi təkcə titullar deyil, həm də bütün səyahət idi. Hər günü bu qrupla bölüşmək, birlikdə yarışmaq, çətin anlarda yenidən ayağa qalxmaq və hər addımdan zövq almaq”, – deyə Messi qeyd edib.

Argentina millisinin kapitanı komanda yoldaşlarına, məşqçilər korpusuna və milli komandada birlik ruhunu qorumaq üçün çalışan hər kəsə təşəkkür edib

“Hər bir komanda yoldaşıma, məşqçi heyətinə və bu milli komandanı bir ailə kimi saxlamaq üçün hər gün çalışan hər kəsə təşəkkür edirəm”, – paylaşımda bildirilib.

Messi finalın nəticəsindən asılı olmayaraq, bu komandanın artıq futbol tarixində özünəməxsus yer tutduğunu vurğulayıb.

“Sabah nə olursa olsun, bu qrup artıq heç vaxt unutmayacağımız və heç kimin silə bilməyəcəyi bir hekayə yazıb. İrəli, Argentina”, – argentinalı ulduz sözlərini tamamlayıb.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniya ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

media-screenshot_1


media-adspc

Bənzər xəbərlər