media-e174ee12d9b0a132486f80a2ec448d336a3220ac76215818896699

Dünyaca məşhur futbolçu Lionel Messi Argentina millisinin heyətində dünya çempionatları tarixində həm ən gənc, həm də ən yaşlı qol müəllifi kimi rekordunu yeniləyib.

ERAmedia xəbər verir ki, ulduz futbolçu dünya çempionatının qrup mərhələsinin ilk turunda Əlcəzair millisinə qarşı keçirilən oyunda het-trik edərək komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub.

İyunun 24-də 39 yaşı tamam olacaq Messi bununla da dünya çempionatlarında fərqlənən ən yaşlı argentinalı futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, o, ilk dünya çempionatı qolunu düz 20 il əvvəl – 2006-cı ildə keçirilən mundialda Serbiya və Monteneqro yığmasının qapısından keçirmişdi. Həmin görüşdə Argentina rəqibini 6:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, qrup mərhələsinin ikinci turunda Argentina millisi iyunun 22-də Avstriya ilə üz-üzə gələcək. Əlcəzair yığması isə iyunun 23-də İordaniya komandası ilə qarşılaşacaq.


media-adspc

Bənzər xəbərlər