media-photo_5352601180623801278_y
media-bant_master

İngiltərənin qərbində, Dorset qraflığının Saut-Purton kəndində yerləşən kottecdə mətbəx təmiri aparan ər-arvad XVII əsrə aid qiymətli xəzinə aşkar ediblər.

ERAmedia xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.

Tavanın hündürlüyünü artırmaq üçün döşəməni sökən cütlükdən ev sahibi Robert Fuks külünglə işləyərkən qədim keramika qabını sındırıb. Qabın içərisindən sonradan “Purton xəzinəsi” adlandırılan, təxminən 100 ədəd sikkədən ibarət dəfinə tapılıb.

Kolleksiyaya I Yakov və I Karl dövrünə aid qızıl sikkələr, həmçinin I Yelizaveta, Filip və Mariya zamanına məxsus gümüş yarımkronlar, şillinqlər və altıpensliklər daxildir. Sikkələrin əksəriyyəti Birinci İngilis vətəndaş müharibəsi dövrünə (1642–1644) təsadüf edir. Mütəxəssislərin fikrincə, həmin dövrdə ailələr talan edən qoşunlardan qorunmaq üçün pullarını keramika qablarında və gizli yerlərdə basdırırdılar, lakin bir çoxu sonradan geri qayıda bilməyib.

Sahiblər tapıntı barədə dərhal Britaniya Muzeyinə məlumat veriblər. Muzeydə sikkələr təmizlənib və onların orijinal olduğu təsdiqlənib. Daha sonra xəzinə “Duke’s auksion” evində satışa çıxarılıb və təxminən 75 min ABŞ dollarına satılıb.

Betti Fuksun sözlərinə görə, onlar mətbəxin döşəməsinin altında bu qədər əhəmiyyətli bir tapıntının gizləndiyindən xəbərsiz olublar.

Tarixçilər bildirirlər ki, vətəndaş müharibələri dövründə bu cür gizli dəfinələr adi hal idi. Həmin vaxt insanlar qarət, rekvizisiya və qeyri-sabitlik qorxusu ilə pullarını və qiymətli əşyalarını gizlətməyə məcbur qalırdılar.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər