media-17827588999990767_1200x630

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, ədəbiyyatşünas-alim Məti Bayramlıya təşəkkürnamə məktubu göndərib.

ERAmedia-ya BDU-dan verilən məlumata görə, məktubu və qızıl xatirə nişanını Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev təqdim edib.

Məktubda BDU-nun dosenti Məti Bayramlının uzun illər ədəbiyyatşünaslığın aktual məsələlərini dərindən araşdıran görkəmli alim kimi tanındığı vurğulanıb. Qazaxıstan Prezidenti Məti Bayramlının Azərbaycan və türk xalqlarının bədii söz sənətinin varisliyini hərtərəfli təhlil edərək qazax şair və yazıçılarının yaradıcılığının təbliğ olunmasına mühüm töhfələr verdiyini qeyd edib: “Qardaş ölkələrin mənəvi və mədəni əlaqələrinin möhkəmləndirilməsi yolundakı səmərəli əməyinizə görə təşəkkürümü bildirirəm”.


media-adspc

Bənzər xəbərlər