Metro istifadəçilərinin NƏZƏRİNƏ
“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti olaraq istismardan çıxarılacaq.
QSC-dən ERAmedia-ya bildirilib ki, 2012-ci ildən istismarda olan “Victoria FT-935” tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın fasiləsiz təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri həyata keçirilir.
Məlumata görə, təmir müddətində sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün stansiyanın digər üç eskalatoru fasiləsiz fəaliyyət göstərəcək.
Planlı təmir işlərinin 10 iyul–1 avqust 2026-cı il tarixlərini əhatə edəcəyi bildirilib.









