Metroda qatarların qrafiki DƏYİŞDİ
Sabah Bakı metrosunda qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.
ERAmedia “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, aprelin 21-də baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir.
Hadisənin ilkin qiymətləndirməsi həyata keçirilib, müvafiq texniki və təşkilati yoxlamalar aparılır.
Bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə əsasən təşkil oluncaq.
İntervallar:
“Əhmədli–28 May” – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” – 5 dəqiqə
“28 May–İçərişəhər” – 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri keçid vasitəsilə tanış ola bilərsiniz.










