media-566505704_1449099179512847_8275294820895795728_n

Metronun “28 May” və “Nizami” stansiyaları tunel bağlı olduqda həmin iki stansiya arasında yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması məsələsi müzakirə edilir.

ERAmedia xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”.


media-adspc

Bənzər xəbərlər