Metronun əvəzinə bu avtobuslar xidmət göstərəcək - VİDEO
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYN) məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Yeni ekspres xətləri bunlardır:
– M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında;
– M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında;
– M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında;
– M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında;
– M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında;
– M6 – Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında.
Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur.
Sərnişinlər alternativ marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Layihənin icra müddətində metronun “28 May”, “20 Yanvar”, “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər.
Ətraflı videomaterialda:










