“Məzar daşının qızıldan olması heç nəyi dəyişmir” – Müğənnidən sərt MESAJ
Son günlər sosial şəbəkələrdə insanların münasibətləri və səmimiyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
ERAmedia xəbər verir ki, bu mövzuya tanınmış müğənni Nura Suri də münasibət bildirib.
Nura Suri insanların ölüm qarşısında göstərdiyi kədərin çox vaxt səmimi olmadığını vurğulayıb. O qeyd edib ki, insanlar dünyadan köçənlər üçün ağlasalar da, sağlıqlarında sevdikləri və dostluq etdikləri insanlardan asanlıqla uzaqlaşa bilirlər.
Müğənni bildirib ki, cəmiyyətin böyük hissəsi hisslərini vicdanla deyil, daha çox adət və sosial “çərçivə” ilə ifadə edir. Onun sözlərinə görə, insanlar çox vaxt yalnız qəbul olunmuş davranışlara uyğun düşünür və danışırlar.
Nura Suri həmçinin ailə və sosial məsuliyyət mövzusuna da toxunub. O qeyd edib ki, bəzi hallarda insanlar öz övladlarını belə sevgi və qayğıdan məhrum edə bilir, yaşlılar qocalar evinə yerləşdirilir, uşaqlar isə uşaq evlərində böyüyür.
Müğənni insanların ölümün qaçılmaz olduğunu dərk etməli olduqlarını deyərək belə əlavə edib: “İnsanlar bir-birinə sağ ikən dəyər verməyi öyrənməlidir. Kimin üçünsə öldükdən sonra məzar daşını qızıldan etsəniz belə, bunun heç bir xeyri yoxdur”.
Sonda sənətçi cəmiyyətə çağırış edərək bildirib ki, həyatda tərk edilən, aldadılan və ümidləri qırılan insanları da zaman-zaman xatırlamaq və onlara dəstək olmaq lazımdır.
Vüsalə










