media-178582601746000639_1200x630

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşən ümumilikdə 535 mənzilin güzəştlə satışa çıxarılacağını elan edib.

ERAmedia-ya MİDA-dan bildirilib ki, satış sentyabrın 4-də saat 11:00-da başlayacaq və həmin gün saat 16:00-dək davam edəcək. Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil çıxarılacaq.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzil seçimi də 4 sentyabr saat 12:00-da başlayacaq və saat 16:00-dək davam edəcək.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Mənzil almaq hüququ yalnız “Güzəştli mənzil” sistemində elektron kabinet yaratmış vətəndaşlara şamil edilir. Elektron kabinetə sahib olan bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqlara malikdirlər.

Satışa çıxarılan bütün mənzillər tam təmirli vəziyyətdə təklif olunur. Mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), eləcə də su, qaz və elektrik sayğacları ilə təmin edilib.

MİDA-dan bildirilib ki, yaşayış komplekslərindəki bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun layihələndirilərək inşa olunub və müvafiq dövlət ekspertizasının müsbət rəylərini alıb. Həmçinin mənzillərə dair mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da rəsmiləşdirilib.

“Güzəştli mənzil” sistemindən istifadə qaydaları, eləcə də mətn və videoformatlı təlimatlarla MİDA-nın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzil barədə ümumi məlumat: 

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzilin otaqlarının sayı Mənzilin sayı Mənzilin daxili perimetr üzrə sahəsi (m²) Mənzilin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
2 810.2 9 2 4 1 114.6 135.6 “Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu küç., məhəllə 851, mənzil 10/86. 01.11.2024

 

Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

 

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
5 728.14 9 2 2 1 57.7 71.2 “Hünər-İnşaat” Firması, AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küç., ev 7A, mənzil 136, məhəllə 1911. 31.03.2026
3 2 72.8 88.1
4 10 98.7 120.9
6 714.46 9 2 2 8 57.7 71.2
3 1 72.8 88.1
4 6 98.7 120.9
7 503.8 12 1 3 48 75.2 – 76.7 91.5 – 92.5
8 703.84 9 2 2 5 57.7 71.2
3 15 72.8 88.1
4 18 98.7 120.9
9 712.33 9 2 4 18 98.7 120.9
11 714.17 9 2 2 4 57.7 71.2 “Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küç., məhəllə 851, mənzil 10/86. 30.12.2025
3 2 72.8 88.1
4 6 98.7 120.9
12 702.82 9 2 2 5 57.7 71.2
3 4 72.8 88.1
4 5 98.7 120.9
16 853.2 9 2 4 16 114.6 137.1 “Yar İnşaat Təmir-Tikinti” MMC (“DDLAR İnşaat” QSC konsorsium),  AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küç., ev 90, mənzil 29. 30.06.2026
17 503.8 12 1 3 48 75.2 – 76.7 91.5 – 92.5
18 729.65 9 2 4 18 98.7 120.9
19 503.8 12 1 3 48 75.2 – 76.7 91.5 – 92.5
20 503.8 12 1 3 48 75.2 – 76.7 91.5 – 92.5 “HN Construction” QSC, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 14.

 

30.06.2026

21 711.61 9 2 3 18 72.8 88.1
4 18 98.7 120.9
22 702.82 9 2 3 18 72.8 88.1
4 18 98.7 120.9
23 503.8 12 1 3 48 75.2 – 76.7 91.5 – 92.5
24 717.19 9 2 3 18 72.8 88.1
4 18 98.7 120.9
25 706.24 9 2 3 18 72.8 88.1
4 18 98.7 120.9

   

Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

 

Bina № Binanın yerləşdiyi tikinti sahəsi (m²) Binada mərtəbə sayı Binaya giriş sayı Mənzillərin otaqlarının sayı Mənzillərin sayı Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) Baş podratçı / ünvanı Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi
4 965.8 7 2 2 1 65.3 75.5 “Rabitə İnşaat” ASC, AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küç., ev 227C. 17.10.2025
6 579.5 7 1 3 1 77.8 92.6
4 4 109.2 127.9

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Lənkəran Yaşayış Kompleksi üzrə:

4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.

Yevlax Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzilin qiyməti – 62 035 manat,

3 otaqlı mənzilin qiyməti – 73 910 manat,

4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Lənkəran Yaşayış Kompleksi üzrə:

 

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
4 otaqlı
4% 3-30 il 468 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Şirvan Yaşayış Kompleksi üzrə:

 

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
2 otaqlı 3 otaqlı 4 otaqlı
4% 3-30 il 236 manat 297 – 313 manat 403 – 468 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

Yevlax Yaşayış Kompleksi üzrə:

 

İllik faiz dərəcəsi Müddət Aylıq ödəniş*
2 otaqlı 3 otaqlı 4 otaqlı
4% 3-30 il 267 manat 318 manat 446 manat
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmi internet səhifəsinə (https://mida.gov.az/layiheler) daxil olaraq Şirvan, Yevlax və Lənkəran Yaşayış Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti və agent banklar haqqında məlumatla tanış olmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə, habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

“Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.


media-adspc

Bənzər xəbərlər