MİDA qeyri-yaşayış və onların zirzəmi sahələrini satışa çıxarır
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri olan 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, habelə 2-ci Hövsan Yaşayış Kompleksində yerləşən, MİDA MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri MİDA MMC tərəfindən qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satışa çıxarılacaq.
ERAmedia-ya MİDA-dan bildirilib ki, sözügedən hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi tərəfindən keçiriləcək.










