Milli basketbol yığması Avropa Kubokunun ikincisi oldu
Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3×3 növü üzrə Avropa Kubokuna yekun vurulub.
ERAmedia xəbər verir ki, turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu olan Niderland yığması ilə qarşılaşıb. Rəqibinə 16:21 hesabı ilə məğlub olan komandamız gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda isə İspaniyaya (21:17) qalib gəlmişdi.