media-videoedited
media-17581222242755715194_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və Üzeyir Hacıbəylinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Üzeyir Hacıbəyli–140” adlı rəsm və kitab sərgisinə baxış keçirilib.

Çıxışlarda bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətləri vurğulanıb, onun zəngin yaradıcılıq irsinin xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 18 sentyabr Milli Musiqi Günü elan edilib.

Tədbir rəngarəng konsert proqramı ilə davam edib.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər