media-679107636_2468730630244769_781472484971089245_n

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

ERAmedia xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

media-adspc

Bənzər xəbərlər