media-whatsapp_image_2026-04-30_at_20-22-46

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

ERAmedia xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”.

***

Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində ağır yaralanan həkim radioloq Asif Nəsirli dünyasını dəyişib.

ERAmedia xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


media-adspc

Bənzər xəbərlər