media-sehid

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin harada dəfn olunacağı açıqlanıb.

ERAmedia-nın məlumatına görə, bu barədə Milli Qəhrəmanın ailə üzvüləri bildirib.

Mərhumun dəfn mərasimi yanvarın 16-sı saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.

Yas mərasimi isə 17 yanvar saat 11:00-da Təzəpir məscidində olacaq.

Qeyd edək ki, İsveçdə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev 2025-ci il dekabrın 29-da vəfat edib.


media-adspc

Bənzər xəbərlər