Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür.
ERAmedia xəbər verir ki, Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlının Armudluq kəndində dünyaya göz açıb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azadlığı uğrunda göstərdiyi şücaət onun adını qəhrəmanlıq salnaməsinə yazıb. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
2020-ci ilin 22 oktyabrında isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Lələtəpə əməliyyatındakı igidliyinə görə vaxtından əvvəl polkovnik rütbəsi alıb.










