media-5e7c4142-0fe9-46e1-ab8e-e269fa9bd72b

media-509056666_30251701344443356_5224259933572423001_n

Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin şəhid olmasının ildönümüdür.

ERAmedia xəbər verir ki, 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gələn Ələkbər Əliyev Qarabağ müharibəsinin ilk dövrlərində könüllü olaraq döyüşlərə qatılıb. O, Milli Qəhrəman Əliyar Əliyevin çağırışına qoşulan ilk vətənpərvərlərdən biri kimi Vətən müdafiəsində fəal iştirak edib.

Döyüş yoldaşlarının xatirələrinə görə, Ələkbər Əliyev cəsarəti, çevikliyi və qətiyyəti ilə seçilən döyüşçülərdən olub. Müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə göstərdiyi şücaət onun adını qəhrəmanlıq salnaməsinə yazdırıb.

Milli Qəhrəmanın son döyüşü Laçın rayonunun Suarası kəndi uğrunda gedən döyüşlər zamanı baş verib. 1992-ci il avqustun 7-də düşmənlə qeyri-bərabər qarşıdurmada təkbaşına 20-yə yaxın erməni silahlısını zərərsizləşdirən Ələkbər Əliyev sonadək vuruşaraq şəhid olub.

Onun Vətən uğrunda göstərdiyi misilsiz igidlik Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutur. Ələkbər Əliyevin əziz xatirəsi hər il ehtiramla yad edilir və göstərdiyi fədakarlıq gənc nəsil üçün vətənpərvərlik nümunəsi kimi qiymətləndirilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər