Milli Qəhrəmanımızın toyundan nadir FOTO yayıldı
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun toy mərasimindən çəkilmiş nadir foto sosial şəbəkələrdə və müxtəlif platformalarda maraqla qarşılanır.
ERAmedia xəbər verir ki, fotoda Allahverdi Bağırov yaxın ailə üzvləri və qohumları ilə birlikdə əks olunub. Şəkildə bəy-gəlinin toy mərasiminin yaddaqalan anlarından biri əbədiləşdirilib.
Kadr o illərin ab-havasını, dövrün geyim üslubunu və milli toy ənənələrini özündə əks etdirməsi ilə də diqqət çəkir. Milli Qəhrəmanın səmimi ailə mühitini əks etdirən bu görüntü izləyicilərdə nostalji hisslər oyadıb.
Qeyd edək ki, Allahverdi Bağırov Qarabağ müharibəsində göstərdiyi misilsiz şücaəti ilə Azərbaycan xalqının yaddaşında qəhrəman kimi yaşayır. Onun həyatına dair belə nadir fotolar tarixi şəxsiyyətin ailə həyatı və ömür yolunun az tanınan məqamlarını da ictimaiyyətə təqdim edir.









