media-img_7155

Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində sonuncu oyununa çıxıb.

ERAmedia xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.

Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.


media-adspc

Bənzər xəbərlər