media-1779547557_706217487_3495956520569580_5406063357374113527_n

Futbol üzrə Azərbaycan millisi bu il sentyabrın 23-də Bakıda Tacikistanın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

ERAmedia xəbər verir ki, Tacikistan Futbol Federasiyası informasiyanı artıq təsdiqləyib. Sözügedən rəqiblə əvvəlki qarşılaşmalarda – 1993-cü ildə Tehranda beynəlxalq turnirdə və 2007-ci ildə Düşənbədə yoldaşlıq görüşündə Azərbaycan futbolçuları qələbə qazanıblar – 2:0 və 3:2.

Tacikistanla oyundan əvvəl – iyunda məşq toplanışı keçirəcək Azərbaycan millisi ayın 5-də Malta, 9-da isə San Marino komandaları ilə qüvvəsini sınayacaq. Bu matçlar Macarıstanda keçiriləcək.

Taciklərlə qarşılaşmadan sonra isə Azərbaycan millisi 2026/27 UEFA Millətlət Liqası D liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, daha sonra oktyabrın 1-də evdə Lixtenşteyn və 4-də isə yenidən Litva komandaları ilə üz-üzə gələcək


media-adspc

Bənzər xəbərlər