media-whatsapp-image-2026-09-29-at-12-20-30

Milli İnternet Mükafatı – MilliNet2026 üzrə hazırlıq işləri yekunlaşıb.

ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, müsabiqənin qiymətləndirmə meyarlarına qismən dəyişikliklər edilib və yeni meyarlar təsdiqlənib.

Onun sözlərinə görə, bu il MilliNet2026 10 nominasiya üzrə keçiriləcək. Nominasiya siyahısına xüsusi nominasiya – “İlin rəqəmsal siması” da daxil edilib.

Osman Gündüz qeyd edib ki, müsabiqədə iki mərhələli qiymətləndirməni həyata keçirəcək Münsiflər Heyətinin yekun tərkibi, eləcə də Moderatorlar Heyəti artıq təsdiqlənib.

Bildirilib ki, Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir. MilliNet2026-nın tərəfdaşları və sponsorları da müəyyənləşib.

Multimedia Mərkəzinin rəhbərinin sözlərinə görə, MilliNet2026 bu həftə start götürəcək. Müsabiqənin başlanması, nominasiyalar, iştirak qaydaları və digər yeniliklərlə bağlı daha ətraflı məlumat isə gələn həftə təqdim olunacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər