media-17848975494185720113_1200x630

Mingəçevirdə əmək yarmarkası keçirilib.

ERAmedia xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan yarmarkada 20 müəssisə iştirak edib və 100-dən çox iş yeri təklif olunub. Vakansiyalar sənaye, xidmət, tikinti, ticarət, energetika kimi müxtəlif sahələri əhatə edir. İştirakçılar vakansiyaların şərtləri, əməkhaqqı, iş rejimi və tələblər barədə birbaşa işəgötürənlərin nümayəndələri ilə görüşərək ətraflı məlumat ala biliblər.

Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri yerindəcə peşə hazırlığı kursları, özünüməşğulluq proqramları, subsidiya mexanizmləri və digər aktiv məşğulluq tədbirləri haqqında da vətəndaşlara məsləhətlər veriblər.


media-adspc

Bənzər xəbərlər