media-1770289345-484375466-1723546178234653-2639524713940199397-n

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

ERAmedia xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən həmin vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində sözügedən vəzifə ləğv edilib.

İqtisadiyyat.az-ın məlumatına görə, Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Belə ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.


media-adspc

Bənzər xəbərlər