Minifutbol üzrə Millimiz dünya reytinqində birinciliyə yüksəldi
Minifutbol üzrə Azərbaycan milli komandası dünya reytinqində birinci pilləyə yüksəlib.
ERAmedia xəbər verir ki, Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb. 4085 xal toplayan komandamız tarixində ilk dəfə olaraq bu uğura imza atıb.
Reytinq cədvəlinin ikinci pilləsində 3890 xalla son Avropa çempionu Serbiya millisi yer alır. İlk “üçlüy”ü isə 3385 xalla Rumıniya komandası tamamlayır.









